Sevinc Mall vaxtilə Bakı sakinlərinin çox yaxşı bələd olduğu Sevinc kinoteatrının yerləşdiyi ərazidə inşa edilmişdir. Köhnə kinoteatrın fəaliyyətinin uzun müddət öncə dayandırılmasına baxmayaraq ərazi hələ də Sevinc kinoteatrı kimi tanınmağa davam etmiş və sakinlər tərəfindən park kimi xoş vaxt keçirmək üçün istifadə edilmişdir. Belə ki, burada məktəblidən tutmuş, körpəli valideyn, təqaüdçüyə qədər hər bir yaşın nümayəndəsinə rast gəlmək mümkün idi. Onlar burada dincəlir, gəzir, bir sözlə xoş vaxt keçirirdilər.
Sevinc Mall-un məhz burada inşa edilməsinə qərar verilməsi sakinlərin əraziyə olan sevgisi, onların burada keçirdiyi xoş vaxtı və ünsiyyəti oldu. Belə ki, onların vaxtını və ünsiyyətini daha maraqlı etmək üçün nələr edilə biləcəyi düşünüldüyündə bunun sakinlərə istirahət üçün geniş təkliflər verəcək rahat və xudmani Mall ola biləcəyi fikri yarandı. Kinoteatrın önündəki ərazinin gəzinti üçün istifadə edildiyi və çox sevildiyini nəzərə alaraq həmin ərazi yenə də gəzinti və Sevinc Mall-un gələcəkdə təklif edəcəyi fəaliyyətləri nəzərə alaraq olduğu kimi saxlanılmışdır.
Qara Qarayev metrosunun Koroğlu istiqamətindəki çıxışından cəmi iki dəqiqəlik piyada məsafədə yerləşən Sevinc Mall həm yerləşdiyi ərazi və həm də Koroğlu, Neftçilər, Xalqlar Dostluğu, Əhmədli, Həzi Aslanov metro stansiyaları ərazisinin sakinləri üçün qeyd edilən ərazilərdə daha öncə mövcud olmayan ticarət mərkəzi təcrübəsini təklif edir. Tanınmış geyim brendləri, uşaq üçün əyləncə, kinoteatr, kafe və restoranları bir nöqtədə toplamaqla Sevinc Mall yerləşdiyi Nizami rayonuna yeni bir ab-hava gətirir.
Bizi ziyarət edin: